Qadin.NET / Azərbaycanda TV və poçt xidmətlərinə görə tariflər dəyişə bilər

Azərbaycanda TV və poçt xidmətlərinə görə tariflər dəyişə bilər

 

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) universal poçt və rəqəmsal televiziya xidmətlərinə görə yeni tariflərin tətbiqi üzrə təklifləri Tarif Şurasına təqdim edib. Bunu Trrend-ə RİTN-dən deyiblər.

Nazirlikdən təkliflərin məzmununu konkretləşdirməyiblər, lakin qeyd ediblər ki, təkliflər göstərilən xidmətlərin maya dəyərinə və beynəlxalq normalara müvafiq olaraq tariflərin tənzimlənməsini nəzərdə tutur: "Hazırda Tarif Şurası məsələni nəzərdən keçirir. Şuraya təqdim edilmiş təkliflər, ilk növbədə, son istifadəçilər üçün daha sərfəli şərtləri əhatə edir".
Nazirlik, həmçinin internet provayderlərinin göstərdiyi xidmətlərin dəyərinin gələcəkdə azaldılması məsələsi üzrə onlara tövsiyələr verib.

Mənbə: Milli.Az

15 fevral 2014
GO BACK