Qadin.NET / Hava haqqında - 15.02.2014

Hava haqqında - 15.02.2014

 

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasındahavanın dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Səhər saatlarında yarımadanın bəzi ərazilərində az yağıntılı olacağı ehtimalı var.Temperaturun gecə 2-5°, gündüz 6-10° isti, Bakıda gecə 3-5°, gündüz 7-9° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 764 mm civə sütunundan 760 mm civə sütununa enəcək, nisbi rütubət gecə 80-90, gündüz 65-70 faiz təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında hava, əsasən, yağmursuz olacaq. Şərq küləyi 3-8 m/s.Temperaturun gecə 2-7°, dağlıq ərazilərdə 12° şaxta, gündüz 8-13° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava, əsasən, yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacaq.Temperaturun gecə 0-3° şaxta, gündüz 4-9° isti olacağı gözlənilir.

 Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava, əsasən, yağmursuz, səhər bəzi yerlərdə duman olacaq.Temperaturun gecə 0-5°, gündüz 6-11° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında hava, əsasən, yağmursuz, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq.Temperaturun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti, dağlarda gecə 3-8°, yüksək dağlıq ərazilərdə 5-10° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava, əsasən, yağmursuz, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq.Temperaturun gecə 2-6°, gündüz 8-13° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, az yağıntılı olacağı ehtimalı var.
Temperaturun gecə 4-7°, gündüz 7-12° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-8° isti olacağı gözlənilir. 

Mənbə: Milli.Az

15 fevral 2014
GO BACK