Amerikalı alimlər şizofreniya və yaddaş arasıdakı əlaqəni aşkar ediblər. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, bu barədə "Neuron" jurnalında dərc olunan məqalədə deyilir. Onların araşdırmaları, əsasən müəyyən ölçüdə informasiyanı qoruyub saxlayan işlək yaddaşa şamil olunub. Müxtəlif psixi xəstəliklər, o cümlədən şizofreniya zamanı işlək yaddaşın fəaliyyəti pozulur. Tədqiqat zamanı bəziləri psixi xəstəliklərdən əziyyət çəkən 2880 könüllünün işlək yaddaşı araşdırılıb. Onlar potensial asılı ion kanalları ilə bağlı gen qruplarını aşkarlayıblar. Həmin genlər psixi cəhətdən xəstə və sağlam insanlara fərqli təsirlər göstərib. Psixi xəstəliyi olan insanlarda həmin genlər işlək yaddaşın disfunksiyasına səbəb olub.Tədqiqatçılar ümid edirlər ki, onların bu tapıntıları şizofreniya və digər xəstəliklərlə mübarizədə faydalı olacaq.
Mənbə: Milli.Az