Qafqaz Müsəlmanları İdarəsi Həcc ziyarətinə getmək istəyənlərin sənəd qəbuluna start verdi. Şərtlər və qiymətlər də ötənilki kimi olmaqla, nisbətən şəraiti zəif və gündə iki dəfə yemək verilən otellərdə qalmaq istəyən zəvvarların 3250 manat, daha yaxşı şəraitli və yeməkləri daha çeşidli olan otellərdə qalmaq istəyən zəvvarlar isə 4100 manat ödəməli olacaq.Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, Cümə məscidinin axundu hacıSurxay zəvvarların tam rahat və təhlükəsiz mənzil başına çatmaları üçün bu il daha yüksək səviyyəli tədbirlər görüldüyünü deyir.Hacı Surxay: “Kvota məsələsinə gəlincə, bu barədə hələ ki, danışıqlar gedir və gələn ayda dəqiq say bəlli olacaq. Həmçinin Suriyada və İraqda gərgin vəziyyəti nəzərə alan Qafqaz Müsəlmanları İdarəsi bu baxımdan da zəvvarların təhlükəsizliyini nəzərə alıb. Ziyarətə getmək istəyən vətəndaşlardan aşağıdakı sənədlər tələb olunur: 4 ədəd 3 x 4 şəkil, şəxsiyyət vəsiqəsinin surəti, xarici pasport və sağlamlıq haqqında arayış”.
Mənbə: Milli.Az