Milli.Az Kanal S-ə istinadən bildirir ki, Qəbələ rayonunun 100 mininci sakini dünyaya gəlib. 3 kiloqram çəkidə olan körpənin vəziyyəti hazırda normaldır. Bu xoşbəxtlik Mirzəbəyli kəndində yaşayan Kərimovlar ailəsinə nəsib olub. Doğuş ötən gecə saat 05:35-də Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb. 3 kiloqram çəkidə doğulan oğlan uşağı ailənin 2-ci övladıdır. Bu münasibətlə Rayon İcra Hakimiyyəti və Qızıl Aypara Cəmiyyəti tərəfindən anaya hədiyyələr təqdim olunub.
Mənbə: Milli.Az