Qadin.NET / Yeni növ avtomobil kreditləri: bəla, yoxsa rahatlıq?

Yeni növ avtomobil kreditləri: bəla, yoxsa rahatlıq?

 

Avtomobil kreditlərinin çətinləşməsi çoxları üçün dəhşətli xəbər oldu. Milli.Az Day.Az-a istinadən bildirir ki, çoxları maşın almaq üçün ilkin ödənişi güc-bəla ilə toplamışdılar ki, anidən belə bir xəbər eşitdilər. Maşın almaq təxirə salındı. Həm də uzun müddətə. 

Qaydaların əelyhdarları hesab edirlər ki, maşın almaq şansları əldən çıxdı. Çünki 80% ilkin ödəniş düzəltməyi hər adam bacarmır. Bundan başqa, fantastik faizlər sükan arxasına keçmək arzusunu öldürür. Onların zənninə görə, avtomobil yenidən dəbdəbə əlamətinə çevrilməyə başlayacaq. 
Qaydaların dəyişməsinə tərəfdar olanlar isə bütün addımları doğru hesab edirlər. Belə də lazım idi. Çünki əvvəlki kimi davam etsəydi, bir neçə ildən sonra Bakı küçələrində hərəkət etmək ümumiyyətlə mümkünsüz olacaqdı. Yollarda intizam yaradılmasına hesablanmış heç bir tədbir özünü doğrultmurdu. Az qala yeniyetmələr də sükan arxasına keçirdilər. Şəhərdə artıq dəm qazından nəfəs almaq da olmur. 
Amma bir məsələ də var ki, qaydaların dəyişməsinə tərəfdar olanlar, artıq maşın sahibi olan şəxslərdir. 
Heç bir emosiya olmadan məsələyə yanaşsaq, görərik ki, bu gün çoxlu sayda əhali kütləsi banklara borclu vəziyyətdədir. Bu çox böyük pullardır. Bu, paltaryuyan maşın və ya soyuducuya verilən kiçik kredit deyil. Salonda gözəl avtomobilin sükanı arxasında olarkən düşünürsən ki, 5 illik kredit boş şeydir. Əsas bu gözələ sahib olmaqdır. Ancaq bir neçə ay əmək haqqının əhəmiyyətli hissəsini kreditə verməyə başlayanda düşünürsən: hələ qarşıda 5 il var....
Bu barədə sizin də fikirlərinizi bilmək maraqlı olardı, əziz oxucular. 
Mənbə: Milli.Az

 

14 fevral 2014
GO BACK