Qadin.NET / Sinoptiklər həftəsonuna hansı havanı vəd edirlər?

Sinoptiklər həftəsonuna hansı havanı vəd edirlər?

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad MəmmədovaTrend-ə bildirib ki, Bakıda və Abşeron yarımadasında hava əsasən, yağmursuz, dəyişkən buludlu olacaq. Səhər saatlarında yarımadaının bəzi yerlərində az yağıntı olacağı ehtimal edilir. Cənub küləyi axşam şimal küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 2-5, gündüz 6-10 dərəcə isti təşkil edəcək.Azərbaycanın rayonlarında fevralın 15-də hava əsasən yağmursuz keçəcək. Lakin bəzi şərq rayonlarında gecə və səhər saatlarında çiskin müşahidə ediləcək, şərq küləyi əsəcək.Havanın temperaturu Aran rayonlarında 2-6 dərəcə isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-3 şaxta, gündüz 4-9 dərəcə isti olacaq.

 

Mənbə: Milli.Az

14 fevral 2014
GO BACK