Qadin.NET / Bakıda Sevgililər Günü neçəyə başa gəlir?

Bakıda Sevgililər Günü neçəyə başa gəlir?

 

Həmin gün yenə gəldi - Sevgililər Günü. Sevgililər üçün günün fərqi olmasa da, münasibətlərin incə bir məqamına toxunulur. 

Milli.Az xəbər verir ki, Day.Az saytı Sevgililər Gününün Bakıda neçəyə başa gəldiyini araşdırıb. 
Sevgililər Günündə bahalı avtomobildən tutmuş gülə qədər hədiyyə almaq olar. 
İlk olaraq xanımların ala biləcəyi hədiyyələrdən söz açaq. Kişilərə köynək (30-120 AZN), odekolon (40-400 AZN), sviter (25-120 AZN) və ya onun özünə almayacağı bir əşya almaq olar. Maşını olanlara isə bu tematikada blyutuz-qulaqcıq, maşın üçün telefon və s. almaq olar ki, qiymətləri 60 manatdan yuxarı deyil. 
Qızlar, inanın ki, sadəcə diqqəti nümayiş etdirən xırda detallar güclü cinsin nümayəndələri üçün çox vacibdir.  
Qızlar isə belə gündə sürpriz gözləyirlər. Belə olan halda ətir ən sadə hədiyyədir ki, 25 manatdan 300 manata, hətta 1000 manata qədər pul xərcləmək olar. 
Sadə və gözəl gül buketinin qiyməti 40 manatadır. 150 manat xərcləməklə isə daha mükəmməlini hazırlamaq olar. Buketə qatılacaq çobanyastığının dəyəri 2 manat, zanbaq 5 manat, suzanbağı isə 7 manatdır. 
Qızların sevimli hədiyyələri ayıcıqlar da ola bilər. Onların qiyməti 15 manatdan 200-250 manata qədər dəyişir. 

Mənbə: Milli.Az

14 fevral 2014
GO BACK