Qadin.NET / Gün var, əsrə bərabər: Ötənləri yada salaq

Gün var, əsrə bərabər: Ötənləri yada salaq

 

Milli.Az anspress-ə istinadən fevralın 14-də tarixdə baş verən mühüm hadisələrə nəzər salır.

Miladi: 14 fevral 2014
Hicri: 14 rəbiul-axir 1435
İlin 45-cü günü
İlin sonuna 320 gün qalır
Bu günün namaz vaxtları
Fəcr - 06.25
Günəş - 07.35
Zöhr - 12.58
Əsr - 16.14
Məğrib - 18.28
İşa - 19.45
842-ci ildə Frank kralı Böyük Karlın 2 oğlu öz aralarında böyük qardaşlarına qarşı “Strasburq məramnaməsi” bağlayırlar. Bu həm də fransız dilində ilk yazılı mənbə hesab edilir.
1483-cü ildə Moğol hökmdarı Babur anadan olub
1779-cu ildə ingilis səyyah Ceyms Kuk Havay adalarında öldürülüb.
1869-cu ildə Nadejda Konstantinovna Krupskaya dünyaya gəlib.
1946-cı ildə Pensilvaniya universitetində ilk ümumi təyinatlı kompüterin (ENIAC - Electronic Numerical Integrator and Computer) təqdimatı keçirilib.
1949-cu ildə İsrail parlamentinin (Knesset) ilk iclası keçirilib.
1956-cı ildə Bakıda telestudiya işə düşüb.
1961-ci ildə 103-cü kimyəvi element – lourensium sintez edilib.
1978-ci ildə Texasda ilk çip kart patentləşdirilib.
1989-cu ildə İmam Xomeyni “Şeytan ayələri” kitabının müəllifi Salman Rüşdinin öldürülməsinə dair fətva verib.
1992-ci ildə Azərbaycan hərbi hava qüvvələri yaradılıb.
1992-ci ildə MDB dövlət başçılarının Moskva görüşündə Birliyin əsas prinsipləri barədə Bəyannamə və MDB ölkələrinin strateji qüvvələri haqqında saziş imzalanıb.
2002-ci ildə Bəhreyndə rəsmi olaraq konstitusiyalı monarxiya bərqərar edilib.
2002-ci ildə Ukrayna və Azərbaycan arasında vizasız gediş gəliş haqqında saziş imzalanıb.
2003-cü ildə klonlama yolu ilə dünyaya gələn Dolli adlı qoyun ölüb.
2005-ci ildə Livanın baş naziri Rafiq Həriri qətlə yetirilib.

Mənbə: Milli.Az

14 fevral 2014
GO BACK