Movqe.Az "Mirror"a istinadən bu gün özünüzü yalnız hiss etməməyiniz üçün məşğul ola biləcəyiniz 14 məşğuliyyəti təqdim edir:
Facebook "təmizliyi”
Əgər özünüzü qəmgin hiss edirsinizsə, Facebook dostluq siyahınızdakı istəmədiyiniz şəxsləri siyahıdan silin. Əvvəlcə 100, daha sonra 50 dostunuzu silin. Bu sizə Sevgililər Günü stresinizi atmağa kömək edəcək.
Sosial mediadan uzaq durun!
İstəmədiyiniz dostlarınızı sildikdən sonra, nəyə görə bir gününüzü Facebook-suz keçirməyəsiniz?
Həmin gün sosial şəbəkələrdə romantik statuslar, şəkillər görməyiniz qaçılmazdır. Ona görə, özünüzü bir neçə saatlıq sosial şəbəkələrdən azad edin.
Parti keçirin!
Nəyə görə parti keçirməyəsiniz? Təkliyinizi unutmağınız üçün ən yaxınlarınızı həmin partiyə dəvət edin. Gecə üçün parti yeməkləri, bir
qədər pivə və kokteyllər sifariş edin.
Partiyə gedin!
Gecədən zövq alın və bir-iki badə zəncəfilli limonad qatılmış pivə için.
Yeni bir film izləyin!
İndiyə qədər izləmədiyiniz bir film izləmək sizi yaxşı hiss etdirəcək.
Heç nə etməyin!
Əgər 14 fevral gününün açılmasını istəmirsinizsə, burada heç də qəbahətli bir şey yoxdur.
Yemək bişirməyi unudun, hazır yeməklər alın, ev telefonlarını söndürün, mobil telefonlarını səssiz rejimə qoyun.
Özünüzə vaxt ayırın!
Özünüzə yeni əşya alın. Məsələn, bu, bir vaxtlar vitrində gördüyünüz yeni ayaqqabı və ya jaket ola bilər. Bunu online sifariş vermək daha yaxşı olacaq.
Tətilə çıxın!
Fevral ayında isti bir yerə getmək özünüzü yaxşı hiss etməyinizə kömək edəcək. İsti ölkələrə gedin və 2014-cü ilin Sevgililər Gününü keçirmək üçün bahalı restoranda rezervasiya edin.
İdmanla məşğul olun!
Çox sayda insan həmin günü dadlı şirniyyatlar yeyərkən, siz idmanla məşğul olun.
Pulunuza qənaət etdiyiniz üçün sevinin!
İnsanlar sevgilərini pul xərcləmədən bildirməlidirlər, lakin demək olar ki, bu çox zaman mümkün deyil. Yalnız olmaqla pulunuza qənaət etdiyinizi düşünün. Bahalı hədiyyələr almayacaqsınız, romantik yeməklərə pul xərcləməyəcəksiniz.
Yalnızlığınızı qucaqlayın!
Yalnız həyat həqiqətən yaxşıdır. Sevgililər Günündə bir müddət tək vaxt keçirməkdən ləzzət alın.
Şübhəsiz, Sevgililər Gününü yalnız keçirməyin ən yaxşı yolu, xoşbəxt anların daimi olmadığını düşünməkdir.
Eyni işləri görün!
Gündəlik etdiyiniz işləri görməklə də günün necə keçdiyini hiss etməyəcəksiniz.
Mənbə: Milli.Az