Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə bildiriblər ki, Bakı və Abşeron yarımadasında fevralın 14-də buludlu hava şəraiti üstünlük təşkil edəcək, günün birinci yarısında az yağış ehtimalı var. Səhər və axşam saatlarında duman olacaq, mülayim cənub küləyi əsəcək.
Bakı və Abşeron yarımadasında fevralın 14-də havanın temperaturu gecə 2-5, gündüz 5-10 dərəcə isti proqnozlaşdırılır.
Azərbaycanın bölgələrində fevralın 14-də, əsasən, yağmursuz hava şəraiti hökm sürəcək. Əsasən, şərq rayonlarında az yağıntı olacaq. Şərq küləyi əsəcək.
Aran rayonlarında gecə 0-5, gündüz 8-13 dərəcə isti olacaq. Dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti gözlənilir.
Yaxın iki gün ərzində Abşeron yarımadasında hava şəraiti meteohəssas insanlar üçün əlverişlidir.
Mənbə: Milli.Az