Nyu-Yorkun Bruklin səmtində yaşayan sabiq model Kara Filips indi fotoqraflıqla məşğuldur.Milli.Az Daily Mail-ə istinadən bildirir ki, o, ultrabənövşəyi şüa spektrində portretlər çəkərək Günəş şüalarının insan dərisinə təsirini əks etdirib."Günəş altında qaralanda görünməyən piqment ləkələr ultrabənövşəyi şüaların təsiri altında aşkar görünür. Bu qara-ağ portretlərdə həmin ləkələri asanlıqla görmək olar", - Kara Filips deyib.
Mənbə: Milli.Az