Qadin.NET / Gün var, əsrə bərabər: Ötənləri yada salaq

Gün var, əsrə bərabər: Ötənləri yada salaq

 

Milli.Az anspress-ə istinadən fevralın 13-də tarixdə baş verən mühüm hadisələrə nəzər salır.

Miladi: 13 fevral 2014
Hicri: 13 rəbiul axir 1435
İlin 44-cü günü
İlin sonuna 321 gün qalır
Bu günün namaz vaxtları
Fəcr - 06.26
Günəş - 07.36
Zöhr - 12.58
Əsr - 16.13
Məğrib - 18.27
İşa - 19.44
1258-ci ildə Hülakü xan Bağdadın işğalını başa çatdırıb, Abbasilər xilafəti süqut edib
1745-ci ildə Nadir şah Şəkiyə ikinci dəfə hücum edib
1766 — ingilis iqtisadçı, demoqraf Tomas Maltus anadan olub.
1769 — rus təmsil ustası Krılov anadan olub
1894 — Lümyer qardaşları kinoproyektoru patentləşdirib
1903 — belçikalı detektiv yazıçı Jorj Simenon anadan olub
1905 — Bakıda müvəqqəti general qubernatorluq yaradılıb
1920 — İsveçrə Millətlər Cəmiyyətinə üzv olub və ölkənin daimi neytrallığı tanınıb
1945 - Sovet ordusu Budapeşti faşist qoşunlarından təmizləyib
1946 -  aktyor Əliabbas Qədirov anadan olub
1960 - Fransa Böyük Səhrada ilk atom sınağını keçirib
1974 - Dissident Aleksandr Soljenitsın sovet vətəndaşlığından məhrum edilərək ölkədən qovulub
1975 - Şimali Kipr Federativ dövləti təşkil edilib
1984 - Konstantin Çernenko Sov İKP-nin baş katibi seçilib
1988 - Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi Xankəndində erməni əhali Qarabağın Azərbaycandan ayrılması tələbi ilə mitinqlərə başlayıb
1990 - Ermənistan SSR Ali Soveti Rusiya K(b)P MK-nın Qafqaz Bürosunun Dağlıq Qarabağı Azərbayjanın tərkib hissəsi kimi qeyd edən qərarının (5 iyul 1921-ji il tarixli) qeyri-qanuni olması barədə qərar qəbul edib. Bu, erməni tərəfin Qarabağla bağlı tarixi təftiş etmək cəhdlərinin bir nümunəsi idi.
1992 - Dağlıq Qarabağ münaqişəsi ilə bağlı regiona ATƏT-in (o vaxt ATƏM adlanırdı) ilk missiyasının səfəri başlayıb. Çexoslovakiya (ATƏT-ə sədrlik edirdi) prezidenti administrasiyasının rəhbəri Karel fon Şvartsenberqin başçılıq etdiyi heyət bir həftə ərzində Bakı, Yerevan və Xankəndidə olmuşdu. Bu missiyanın nəticəsi olaraq ATƏT-in Minsk qrupu yarandı.
1993 — Azərbaycan Respublikası İordaniya ilə diplomatik əlaqələr qurmuşdur.
1993 — H.O.S.T. ALLİANCE (http://az.wikipedia.org/wiki/H.O.S.T) yaranmışdır.
2004 - Çeçen lider Zəlimxan Yandarbiyev Qətərdə qətlə yetirilib
2009 — azərbaycanlı şair, dramaturq, alim, publisist, ictimai xadim, Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadə vəfat edib.
2010 - Qazaxıstan xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Kanat Sudabayevin Cənubi Qafqaza rəsmi səfəri başlayıb.

Mənbə: Milli.Az

13 fevral 2014
GO BACK