Qadin.NET / Çinlilər Apple-i qabaqladılar

Çinlilər Apple-i qabaqladılar

 

Fast Company jurnalı ən innovasiyalı şirkətlərin ənənəvi reytinqini dərc edib. "İstehlak elektronikası" kateqoriyasında ikinci yerdə Çinin Xiaomi şirkəti qərarlaşıb. Google korporasiyası birinci, Apple isə nə qədər qəribə səslənsə də, reytinqdə Xiomidən sonra yerləşərək üçüncü olub.Milli.Az ICTnews-a istinadən bildirir ki, jurnalda yazılıb ki, Xiaomi üç il ərzində Çində istehsal həcminə görə üçüncü smartfon istehsalçısı olmağa müvəffəq olub. Ötən il Xiaominin gəliri 150% artaraq 5,2 milyard ABŞ dollarına çatıb. Şirkət təxminən 19 milyon smartfonunu satıb və 2014-cü ildə nəticəni iki dəfə artırmağı və 40 milyon smartfon tədarükünü nəzərdə tutub.Jurnalda reytinqdə birinci yerdə qərarlaşmış Google şirkəti Chromecast televiziya əlavəsi, Google Glass smart eynəyi, həmçinin "ağıllı" evlər üçün texnika istehsalçısı Nest Labs şirkətini satın almasına görə təriflənib.Fast Company şirkəti Appleın son nailiyyətləri arasında iOS 7 platformasını, yeni Mac Pro kompüterlərini, iPhone 5s və 5c smartfonları, iPad Air planşetlərini qeyd edir.

 

Mənbə: Milli.Az

12 fevral 2014
GO BACK