Qadin.NET / "Real Madrid" "Barsa"nın rekordunu qırdı

"Real Madrid" "Barsa"nın rekordunu qırdı

 

"Real" (Madrid) klubu "Barselona"nın 25 illik rekordunu qırıb.Qol.az-ın goal.com-a istinadən verdiyi məlumata görə, Madrid klubu İspaniya kubokunun yarımfinal mərhələsində "Atletiko"nu mübarizədən kənarlaşdırmaqla tarixində 39-cu dəfə finala yüksəlib."Real" ölkə kubokunda bu mövsüm oynadığı 8 matçı da (720 dəqiqə) qol buraxmadan tamamlayıb. Bununla da "Kral klubu" "Barselona"nın 1989-cu ildə qırdığı 696 dəqiqəlik rekordu yeniləyib.Qeyd edək ki, "Real", həmçinin "Atletiko"nu məğlub etməklə İspaniya kubokunda heç qol buraxmadan finala adlayan ilk komanda olub.
Mənbə: Milli.Az
12 fevral 2014
GO BACK