Qadin.NET / Yadplanetlilərlə görüşə hazırsınız?

Yadplanetlilərlə görüşə hazırsınız?

 

Yerdən kənar sivilizasiyaların axtarışı üzrə tədqiqat agentliyinin (SETI) əməkdaşıSet Şostak bildirib ki, yadplanetli həyat forması təmsilçiləri ilə 25 ildən sonra əlaqə saxlamaq mümkün olacaq. 

Anspress "The Cleveland Leader"ə istinadən bildirir ki, NASA-nın qabaqcıl və innovasiya konsepsiyaları proqramı simpoziumunda çıxış edən Şostak bildirib ki, çox sayda ulduz sistemlərində aparılan araşdırmalar və bir sıra tədqiqatlar göstərir ki, artıq 20 ildən sonra yerdənkənar sivilizasiyalarla görüşmək mümkün olacaq. 
Onun sözlərinə görə, qalaktikada Yerə bənzər milyardlarla planet ola bilər və hər beş ulduzdan birinin ətrafında Yerə bənzər həyat şəraitinə malik ən azı bir planet fırlanır.

Mənbə: Milli.Az

12 fevral 2014
GO BACK