Qadin.NET / Smartfonlar yuxusuzluq yaradır

Smartfonlar yuxusuzluq yaradır

 

Smartfonlar yuxusuzluğa səbəb olan mühüm amil adlandırılıb. Yatmazdan əvvəl bir çox insanlar poçtu yoxlayır, SMS mesajları oxuyur, sosial şəbəkələrdə mesaja cavab verirlər. Nəticədə cihazı çarpayısının yaxınlığında yerləşdirmiş istifadəçilər yata bilmirlər.

 

Gecənin bir anı oyanıb telefonu yoxlayırsınızsa, siz gördüklərinizlə bağlı mütləq narahatlıq hiss edəcək və gərginlik keçirəcəksiniz – Kaliforniya universiteti yanında Yuxu Pozulmaları Mərkəzinin direktoru doktor Devid Kleman deyib. Həkimin sözlərinə görə, məhz mobil qurğular yuxu ilə bağlı şikayətlərin artmasına səbəb olub.
Milli.Az ICTnews-a istinadən bildirir ki, Harvard Tibb Məktəbindən nevroloq Orfyu Bakston, həmçinin hesab edir ki, yataq otağında smartfon və ya planşetin mövcudluğu yatmağa mane olan həyəcanın səbəbi ola bilər. Bu o deməkdir ki, siz heç vaxt yuxuya getmirsiniz və ayıqsınız, bu isə yuxusuzluğun əsl əlamətləridir – Bakston deyib.
2013-cü ildə Facebookun sifarişilə IDC Research tərəfindən keçirilmiş sorğuya əsasən, ABŞ-da smartfon sahiblərinin 44%-i cihazdan zəngli saat kimi istifadə edirlər. Gecə vaxtı bilmək üçün cihaza baxan smartfon sahibləri tvit və YouTubeda çarxları izləyərək yuxusuz qalırlar. Həkimlər belə hallarda Wi-Fi-sız və tətbiq quraşdırıla bilməyən ucuz zəngli saat almağı, planşet və ya iPhoneu başqa otaqda enerji ilə doldurmağı tövsiyə edirlər.
Mənbə: Milli.Az

 

12 fevral 2014
GO BACK