Qadin.NET / Azərbaycanda tutulan şəxs vəkilsiz danışmayacaq

Azərbaycanda tutulan şəxs vəkilsiz danışmayacaq

 

Trend-in məlumtına görə, bunu Prezident İlham Əliyev tərəfindən "Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında" 2013-cü il 27 dekabr tarixli qanunun tətbiqi barədə imzalanan sərəncamı dəyərləndirən Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü və "Azərbaycan Hüquq İslahatları Mərkəzi" İctimai Birliyinin sədri Anar Bağırovdeyib.

Onun fikrincə, bu dəyişikliklər beynəlxalq normalara və Avropa İnsan Hüquqları Konvensiyasına tam cavab verir: "Bu dəyişiklikləri yalnız alqışlamaq olar. Xüsusən də hüquqi yardım istədiyini bildirən tutulmuş şəxsin hüquqi yardımı almayanadək dindirilməməsi məsələsi çox mütərəqqi bir addımdır. Tutulmuş şəxsə belə hüquqların verilməsi insan hüquqları və ümumiyyətlə, digər aspektlər baxımından yaxşı haldır. Bu dəyişikliklər ölkəmizdə aparılan hüquq islahatlarına mütləq öz müsbət töhfəsini verəcək".
Hüquqşünas bildirib ki, artıq bu dəyişikliklərdən sonra tutulan şəxsin hüquqi müdafiəsi keyfiyyət baxımından daha da artacaq, tutulan şəxsin təcrübəsizlikdən, savadsızlıqdan və s. amillərdən öz əleyhinə hərəkət etmək riski azalacaq.

Mənbə: Milli.Az

11 fevral 2014
GO BACK