Belə ki, sığorta şirkətinin Qəbələ filialına zəlzələ nəticəsində 6 hadisə ilə bağlı məlumat daxil olub. Dağıntıların hamısı Şamaxıda baş verib. Filialın qəza ekspertiVüsal Aslanov bildirib ki, bu dağıntılardan 5-i Şamaxı şəhərində, 1-i isə rayonun Avaxlı kəndində baş verib. Zəlzələ nəticəsində zərər çəkən obyektlərdən 4-ü restoran, 1-i avtotəmir sexi, 1-i ərzaq mağazasıdır. Zərər çəkən restoranlardan 3-ü, avtotəmir sexi və ərzaq mağazası şəhərin özündə, daha bir restoran isə Avaxlı kəndində yerləşir.
Sığorta şirkətinin Hacıqabul rayonundakı filialına isə dağıntılarla bağlı bir neçə rayondan müraciətlər daxil olub. Filialın qəza eksperti Qismət Əsədov bildirib ki, İmişlidə fərdi evə, Sabirabad rayonunun Moranlı kəndində mağazaya, Hacıqabulda kafeyə, Beyləqanda isə ticarət obyektinə zərər dəyib.
Zəlzələnin törətdiyi dağıntılarla bağlı şirkətin Lənkəran filialına da müraciət edilib. Filialın nümayəndəsi Ramil Kərimov bildirib ki, bu müraciət Yardımlıda mağazaya dəyən zərərlə bağlıdır.
"Hazırda bütün müraciətlərlə bağlı araşdırmalar aparılır - artıq şirkətin ekspertləri hadisə yerlərində obyektlərə baxış keçirirlər", - deyə bildirilib.
Mənbə: Milli.Az