Milli.Az El TV-yə istinadən xəbər verir ki, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının travmatoloqu Musa Vəliyevin sözlərinə görə, skalioz xəstəliyi anadangəlmə və qazanılmış ola bilir. Anadangəlmə skalioz genetikdir və əgər nəsildə varsa, bu xəstəlik genlərdən ötürülür. Qeyd edək ki, skaliozun 4 dərəcəsi var. Bunlardan ən təhlükəlisi 4-cü dərəcədir. Həkimin sözlərinə görə, 1-ci və 2-ci dərəcəli skaliozların əməliyyat yolu ilə aradan qaldırılmasına ehtiyac yoxdur. 3-cü və 4-cü dərəcədə isə ağciyər və ürək sistemində pozğunluqlar əmələ gələ bilər ki, belə xəstələrdə kariksiyaedici əməliyyatın aparılması zəruridir.
Bel və döş fəqərələrində S vari skaliozlara daha çox rast gəlindiyini bildirən travmatoloqun sözlərinə görə, bunun qarşısının üzgüçülük və masaj yolu ilə alınması daha faydalıdır. Onu da qeyd edək ki, skalioz xəstəliyinin müalicəsində ən çox Rusiyanın Elmlər Akademiyasında akademik Qarineviskinin metodundan istifadə olunur.
Mənbə: Milli.Az