Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcəkdir. Yarımadanın bəzi yerlərində çiskinli az yağıntı olacağı ehtimalı vardır.Temperaturun gecə 1-4°, gündüz 5-9° isti, Bakıda gecə 2-4°, gündüz 6-8° isti olacağı gözlənilir.Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu, nisbi rütubət gecə 80-90, gündüz 65-70 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaqdırTemperaturun gecə 5-10°, dağlıq ərazilərdə 13° şaxta, gündüz 3-8° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaqdır.Temperaturun gecə 2-7° şaxta, gündüz 3-8° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarındahava əsasən yağmursuz olacaqdır.Temperaturun gecə 0-5° şaxta, gündüz 4-8° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında bəzi yerlərdə çiskinli olacağı gözlənilir. Arabir duman olacaqdır.Temperaturun gecə 0-5° şaxta, gündüz 2-7° isti, dağlarda gecə 5-10°, yüksək dağlıq ərazilərdə 10-15°, gündüz 0-3° şaxta olacağı gözlənilir.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaqdır.Temperaturun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-11° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında arabir az yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 2° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 2-5° isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Yaxın 2-3 gün ərzində Abşeron yarımadasında biometeoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Mənbə: Milli.Az