Avstraliyanın Shannon's hərrac evi satışa sərhədsiz insan fantaziyasının fantastik nümunəsini qoyub: bu arxada hovuzu, qabaqda manqalı olan səkkiz təkərli Cadillac Eldorado Biarritz modelidir. Mühəndis fikirinin möcüzəsinin yollarda (ən azı, Avstraliya yollarında) hərəkət üçün lisenziyası yoxdur, buna görə də az qala havayı verilir.Milli.Az 4charx.com-a istinadən bildirir ki, 1977-ci ilin bu Eldorado modelinin tarixçəsi Texasdan başlayıb. 180-güclü V8-lə ağ kupe öz birinci sahibini orada tapıb. 80-ci illərin əvvəllərində avtomobil Avstraliyaya göndərilib və hansısa dəlisov tünerin əlinə düşüb. O adi metal vərəqlərdən istifadə edərək kuzovu uzadıb və Caddy -ni səkkiz təkərli edib və dörd qabaq təkər dönmə təkərləri olub.Kupenin sınağı 1999-cu ildə davam etdirilib: Melburndan olan yeni sahibi Eldorado-nu həyat üçün necə lazımdır uyğunlaşdırmaq qərarına gəlib və onda qonaq otağı, vanna və mətbəx təşkil edib. Qabaqda propan balonu quraraq kronşteynlərdə qril asıblar, salona əyləncə gecələri üçün televizor, stroboskop və bar əlavə edilib, arxada isə balaca, amma yaraşıqlı hovuz qurulub. Avtomobilə lokomotiv fitinin və altı ədəd qaz xaricetmə borusunun quraşdırılması isə görülən işin zirvəsidir.Hərracın təşkilatçılarında ümumiyyətlə belə bir maşının hərəkət etmək qabiliyyəti olub-olmadığı haqqında məlumat yoxdur, amma ikinci belə bir maşının dünyada heç kimdə olmadığı dəqiqdir.Hərracla maraqlananlar 20-25 min dollar götürüb 17 fevralda Brisbenə baş çəksinlər: bu möcüzə-maşının qiyməti cinayətkarcasına aşağı qoyulub.
Mənbə: Milli.Az