Avstraliya Milli Universitetinin nəzdindəki Tədqiqat Məktəbinin (Australian National University Research School) astronomları hazırda elmə məlum olan ən qədim, yaşlı ulduzu aşkarladıqlarını bəyan ediblər."Ulduzların ulu babası" adlanan səma cisminin 13,6 milyard il yaşı var.Milli.Az Daily Mail-ə istinadən bildirir ki, "SMSS J031300.36-670839.3" nömrəsi ilə qeydə alınmış ulduz Yerdən 6 min işıq ili məsafəsindədir.Sözügedən ulduz 268 meqapiksellik rəqəmsal kameraya malik "SkyMapper" teleskopu ilə aparılan müşahidələr zamanı aşkarlanıb.Teleskopdan istifadənin ilk ilində avstraliyalı alimlər təxminən 60 milyon ulduz "tapıblar"."Bu ulduzu aşkarlayanda çox təəccübləndik. Çünki belə ulduzun müşahidə olunması şansı 1/60 milyon səviyyəsindədir. Düşünürəm ki, daha qədim ulduz tapmaq mümkün deyil", - astronomlar qrupunun rəhbəri Stefan Keller deyib.Onun sözlərinə görə, "Böyük Partlayış"dan sonra yaranmış ilk nəsil ulduzlar nəhəng ölçülərə malik olsalar da, dayanıqlı deyildilər və onların ömrü çox çəkməyib.Avstraliyalı alimlərin aşkarladıqları "ulduzların ulu babası"nın formalaşma prosesi "Böyük Partlayış"dan 2 milyon sonra başlanıb.Astronomlar sözügedən ulduzun yaşını spektr sayəsində müəyyənləşdiriblər. Onların fikrincə, bu ulduzun ilkin çəkisi Günəşdən 60 dəfə ağır olub. İndi çoxsaylı layları olan ulduzun nüvəsində ən ağır metallar var.
Mənbə: Milli.Az