"Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi (ETM) uşaqların internetin mənfi təsirindən qorunması üzrə təkliflər hazırlayıb2.Bunu bazar ertəsi Trend-ə Mərkəzin şöbə müdiri Rəşad Əliyev deyib.Onun sözlərinə görə, təkliflər, əsasən, orta məktəblərin müəllim heyəti və şagirdlərin valideynləri arasında maarifləndirici tədbirlərin keçirilməsini nəzərdə tutur: "Təkliflər baxılması üçün Nazirliyə təqdim olunub".ETM daha yüksək səviyyədə mövcud problemlərin həlli ilə məşğul ola biləcək təşkilatın yaradılması təşəbbüsü ilə də çıxış edib.R.Əliyev qeyd edib ki, təşkilat Daxili İşlər Nazirliyi, həmçinin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin iştirakı ilə yaradıla bilər: "Bununla əlaqədar olaraq "Parental Control" ("Valideyn nəzarəti") həllərinin istifadəsi üzrə treninqləri keçirilməsi nəzərdə tutulur"."Parental Control" proqram həlli qadağan edilmiş internet saytlara və proqramlara çıxışı bloka almağa, hesabatlar və kompüterdən istifadənin cədvəlini tərtib etməyə imkan verir.ETM "Parental Control" həllini internetə çıxış imkanı olan məktəb və ictimai yerlərdə tətbiq etməyi təklif edir.Şöbə müdiri deyib: "Biz bu proqram həllərin istehsalçı şirkətləri ilə sıx əməkdaşlıq etmək, saytların monitorinqlərini aparmaq və böyüyən nəslin onlara çıxışının qarşısını almaq niyyətindəyik. İnternet klublarda "Parental Control" modullarının tətbiqi uşaqların arzuolunmaz kontentə çıxışının qarşısını almaqla yanaşı, kiberhücumlarla mübarizəni gücləndirməyi nəzərdə tutur".Cinayətkarlar çox vaxt internet klublardan haker hücumları və veb resursları dağıtmaq məqsədi ilə istifadə edirlər.Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev 2013-cü ilin mart ayında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.Fərmanla "Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi haqqında Əsasnamə" təsdiq edilib.
Mənbə: Milli.Az