Qadin.NET / Ərəblər bunu da etdilər

Ərəblər bunu da etdilər

 

Dubayda yeni polis avtomobili… Bugatti Veyron oldu. Və artıq demək olar ki, bununla da Dubay hakimiyyəti "kimin polisi daha tündməcazdır" mübahisəsinə yağlı nöqtə qoydu, axı məhz Bugatti Veyron bu gün dünyada ən bahalı seriya superkarıdır. Bundan başqa Dubayın avtomobil parkında McLaren MP4-12C, Aston Martin, Bentley, Ferrari kimi maşınlar var, hələ müxtəlif Mercedes və BMW idman avtomobilləri haqqında heç danışmırıq.Milli.Az 4charx.com-a istinadən bildirir ki, ola bilsin kimsə qanuni əsasla belə bir sual verə bilər — Dubayın polislərinin öz sərəncamlarında 1001 a.g. mühərrikli avtomobilə malik olması nəyə lazımdır? Doğrudanmı qaydaları pozanların arxasınca düşmək üçün? Xeyr — qovdu-qaçdılarda bu maşın iştirak etməyəcək. Bugatti şəhərin turistlərin çox olduğu nüfuzlu rayonlarının küçələrində patrul çəkməyə başlayacaq. İlk növbədə dünyada ən yüksək "Burc Xəlifə" göydələninin və dünyada ən yaraşıqlı Burc əl-Ərəb mehmanxanası yanında. Hakimiyyət əmindir ki, turistlər polisdə bu avtomobillərin xidmət etdiyini görəcəklər və onlarda Dubayın planetdə ən dəbdəbəli yer olmasına şübhə qalmayacaq.

 

Mənbə: Milli.Az

12 fevral 2014
GO BACK