Qadin.NET / Zəlzələdən qorxanlar üçün məsləhət

Zəlzələdən qorxanlar üçün məsləhət

 

Zəlzələdən qorxanlar üçün məsləhət

Zəlzələ vaxtı insan necə davranmal

Məsələ ilə bağlı psixoloq Murad İsayev öz tövsiyələrini verib. Milli.Az xəbər verir ki, bu an insanlar bir-birilərini sakitləşdirməlidirlər."Zəlzələ vaxtı və ümumiyyətlə, bu cür fəlakətlər olanda biz özümüz də müşahidə edirik ki, insanların çoxsu müxtəlif cür təşvişə düşürlər. Bu anlarda, təbii ki, insalnlar bir az təmkinli, düşüncəli davranmalıdırlar, maksimum şəkildə zəlzələnin verdiyi fəsadları aradan qaldırmalıdırlar. Amma indi gördünüz kimi hansısa bir hadisə olan kimi insanlar, əsasən də sosial şəbəkə də təşvişə düşərək ətrafa car çəkirlər. Amma belə etmək lazım deyil. Siz bunu etməklə kimisə panikaya salıb xəstəliyə düçar edə bilərsizniz. Ən yaxşısı bu an ətrafda olan insanlarla məsləhətləşməkdir. Yaxınlarınızı sakitləşdirməklə özünüzü də təşvişdən uzaq edə bilərsiniz. Tənəffüs yollarını nəfəs almaqla idarə edin və yaxud da sevdiyiniz şeylərlə məşğul olun, musiqiyə qulaq və s.-ə kimi şeylər edin". 

 

Mənbə: Milli.Az

12 fevral 2014
GO BACK