Qadin.NET / Dünyanın ən amansız diktatoru nüvə sınağına hazırlaşır

Dünyanın ən amansız diktatoru nüvə sınağına hazırlaşır

 

Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, Cənubi Koreyanın Müdafiə Nazirliyi Amerika Birləşmiş Ştatları ilə növbəti birgə hərbi təlimlərin keçiriləcəyi tarixi açıqlayıb. Cənubi Koreyanın müdafiə naziri Kim Qvan Çjin keçirdiyi mətbuat konfransında ənənəvi olaraq hər il keçirilən təlimlərin bu il fevralın 24-dən aprelin 18-dək keçiriləcəyini bildirib.

Nazirin sözlərinə görə, təlimlərin keçiriləcəyi barədə artıq Şimali Koreya və Çin rəsmi şəkildə məlumatlandırılıb. Şimali Koreya hökuməti hərbi təlimlərin ləğv edilməsini tələb etsə də, Cənubi Koreya rəhbərliyi bu tələbə rədd cavabı verib.
Cənubi Koreyanın müdafiə naziri həmçinin bildirib ki, Şimali Koreya özü 4-cü nüvə sınağına hazırlaşır və nüvə sınağının keçirilməsi üçün Punqeri poliqonunda artıq hazırlıqlar tamamlanıb.
Qeyd edək ki, Şimali Koreya 2005-ci ildə özünü "nüvə nəhəngi" elan etdikdən sonra 2006, 2009 və 2013-cü illərdə 3 dəfə nüvə sınağı həyata keçirib. 

 

Mənbə: Milli.Az

10 fevral 2014
GO BACK