Qadin.NET / "Ən normal baş nazir mənəm"

"Ən normal baş nazir mənəm"

 

Danimarkanın baş naziri Helle Torninq-Şmidt normal həyat yaşadığını və "dünyanın ən normal baş naziri olduğunu" deyib.

Milli.Az European-a istinadən bildirir ki, The Financial Times qəzetinə verdiyi müsahibəsində o, Kopenhagendəki evinin qarşısındakı qarı özünün kürüməsi ilə bağlı sualları da cavablayıb.

"Evimdə dayə və ya xidmətçi yoxdur. Paltarları özüm yuyuram, evi yığışdırıram, dükan-bazara gedirəm. Danimarkanın orta statistik vətəndaşının həyatını yaşayıram. Təbii ki, evimin qarşısındakı qarı da özüm kürüyürəm. Üstəlik, baş nazir üçün dövlətin ayırdığı iqamətgahda yox, öz evimdə yaşayıram. Məncə, dünyanın ən normal baş naziriyəm", - Danimarkanın hökumət başçısı söyləyib.
Britaniyanın məşhur siyasətçi sülaləsi Kinnokların mənsubu Stiven Kinnokla ailə qurmuş Helle Torninq-Şmidtin dediyinə görə, əri tez-tez Londonda olduğu üçün "evdə bəzən kişi işlərini də görməli olur".
Mənbə: Milli.Az
10 fevral 2014
GO BACK