Qadin.NET / Bu qızlar Azərbaycana Paris Qran Prisindən 2 qızıl, 1 bürünc medal gətirdilər

Bu qızlar Azərbaycana Paris Qran Prisindən 2 qızıl, 1 bürünc medal gətirdilər

 

Fransanın paytaxtı Parisdə güləş üzrə Qran Pri beynəlxalq turniri keçirilib.
Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, hər üç güləş növü üzrə keçirilən yarışda ölkəmizi qadın güləşi üzrə yığma komandamız təmsil edib.
Baş məşqçi Yaqub Məmmədov və böyük məşqçi Konstantin Konorevin rəhbərliyi altında 3 güləşçimiz Paris Qran Prisində qüvvələrini sınayıb. Komandamızın üzvləri 2 qızıl və 1 bürünc medal qazanıblar.
48 kq çəkidə mübarizə aparan Mariya Stadnik yenə öz liderliyini təsdiqləyib. Analıq məzuniyyətindən sonra ilk yarışına çıxan təmsilçimiz Paris Qran Prisinin qızıl medalını qazanıb. O, ardıcıl olaraq ABŞ, İsveç, Fransa və Kanada güləşçilərini məğlub edib.
58 kq-da mübarizə aparan Yuliya Radkeviç də qızıl medala sahib olub. Qırğızıstan, İspaniya və ABŞ güləşçiləri üzərində üstünlük təmsilçimizi Paris Qran Prisinin qalibi edib.
Yığma komandanın digər üzvü Səbirə Əliyeva (75 kq) isə bürünc medal qazanıb.
Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcli hakim Hüseynağa Əhmədov təmsil edib.
Mənbə: Milli.Az

 

10 fevral 2014
GO BACK