Qadin.NET / Dondurulmuş tərəvəz daha faydalıdır?

Dondurulmuş tərəvəz daha faydalıdır?

 

Hamı çoxdan bilir ki, balanslaşdırılmış pəhrizin əsasını tərəvəz təşkil edir. Onların tərkibində, demək olar ki, yağ, xolesterin olmur, kalorisi aşağıdır, eyni zamanda vitamin və minerallarla boldur. 

Bəs hansı tərəvəz daha faydalıdır: təzə, konservləşdirilmiş, yoxsa dondurulmuş? 
Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, çoxları səhvən təzə tərəvəzin daha faydalı olduğunu düşünür: çünki heç bir emala məruz qalmayıb və təbii məhsuldur. Əlbəttə, əgər siz onları öz bostanınızda yetişdirirsinizsə, bu təxmin doğrudur.  
Ancaq əgər tərəvəz mağazadan alınıbsa, çox güman ki, onların əksəriyyəti evinizdən çox-çox uzaqda becərilib və məhz satış üçün yetişdirilib. Yəni bu halda elə də faydalı deyil. Çünki tərəvəz piştaxtaya çıxmaq üçün çox uzun yol qət edirsə, yolda alışmadığı temperatura, düzgün olmayan işıq rejiminə məruz qalır və bizim üçün lazım olan qidalandırıcı maddələri məhv olur. Əvəzində yolda maşınların tüstüsünü və digər zərərli maddələri canına hopdurur.  
Dondurulmuş tərəvəzlər isə adətən yetişdikləri yerin yaxınlığındakı müəssisələrdə emal olunur və bu üzdən vitaminləri qoruyub saxlayır. Deməli, onlar daha faydalıdır.  

Mənbə: Milli.Az

10 fevral 2014
GO BACK