Qadin.NET / "Sevgi hormonu" ideal ağrıkəsicidir

"Sevgi hormonu" ideal ağrıkəsicidir

 

 

"Sevgi hormonu" adlandırılan oksitosin bağırsaqdakı xroniki ağrıları asanlıqla götürə bilər. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, bunu Kvinslend və Adelaida universitetlərinin alimləri deyirlər. Onlar ağrıların azaldılması üçün bu hormonu dərman formasına salıblar.  

Oksitosin reproduktiv proses və sosial əlaqələrin qurulmasında vacib rol oynayır. Onun yeni versiyası stabilliyi və ağrıkəsici keyfiyyətləri ilə fərqlənir. Oksitosin mədə-bağırsaq sisteminin aqressiv mühitində problemsiz "sağ qalır" və bağırsağa düşə bilir. 
Oksitosinin yeni versiyasının molekulları bağırsaqda yerləşən oksitosinin əsəb reseptorlarına təsir edir. Bağırsaqda qıcıq artdıqca reseptorların həssaslığı yüksəlir. Hal-hazırda məhz bu fəsadın qarşısını almaq üçün dərman yoxdur. Oksitosin isə onun yaradılması üçün ümid verir. Üstəlik, o, bağırsağın sağlam hüceyrələrinə təsir etmir, yəni yan effektlərin ehtimalını sıfıra endirir.  
Mənbə: Milli.Az

 

 

10 fevral 2014
GO BACK