Amerikalı həkimlər deyirlər ki, bakteriya və virusların hamilə qadına təsiri birbaşa dölə də ziyan vurur. Son müşahidələr göstərir ki, hamiləlik zamanı tez-tez soyuqlamaq astmalı uşaq doğmağa səbəb olur.
Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, Amerika allergiya, astma və immunologiya kollecinin ekspertləri anası tez-tez soyuqlayan uşaqlar sonrakı həyatlarında toz və ev heyvanlarının tükü, kəpəyi kimi allergenlərlə tez rastlaşırlar. Və artıq beş yaşında onlarda yüksək həssaslıq yaradır.
Ana və uşaqların döşəklərinin toz və gənə səviyyəsinin ölçülməsi də maraqlı nəticələr verib: əgər uşaq daha çox gənələrlə rastlaşıbsa, gələcəkdə toz gənəsinə allergiyası olacaq, yox, əgər bakteriyalarla daha çox təmasda olubsa, o zaman belə bir qorxu olmur, yəni infeksiya çoxalmır.
Mənbə: Milli.Az