Qadin.NET / Rusiyaya qara qar yağdı

Rusiyaya qara qar yağdı

 

Şənbə günü Rusiyada, Omsk şəhərində qara qar yağıb. Milli.Az RİA Novosti-yə istinadən bildirir ki, qara qarı əhali dəmiryolu vağzalının yanında görüb. Hazırda həmin qardan nümunə götürülərək laboratoriyada analiz edilir. 

Omskda 2012-ci ildə iki dəfə qara qar yağmışdı. O vaxt təbiəti mühafizə idarəsi müəyyən etmişdi ki, bu soyuq havalarda maksimal güclə işləyən istilik-elektrik stansiyasının havaya buraxdığı tüstünün nəticəsində belə olub.
"İşlər aparılır. İlkin ehtimala görə, bu yenə də  stansiyanın işidir. Cavablar bazar ertəsi açıqlanacaq", - Rusiya Təbiətə Nəzarət İdarəsindən bildirilib. 
Ötən ilin avqustunda isə bu şəhərə ağ yağış yağmışdı. Ona səbəb isə "Qaszpromneft" neft zavodunun havaya buraxdığı zərərsiz katalizator tozu idi. 
Mənbə: Milli.Az

 

9 fevral 2014
GO BACK