Qadin.NET / İlk baxışdan məhəbbət yalandır?

İlk baxışdan məhəbbət yalandır?

 

Bir çoxları əmindirlər ki, öz sevgililərinə ilk baxışdan vurulublar. Gənclərin əksəriyyəti də belə bir hiss yaşamağa həvəslidir. Ancaq britaniyalı alimlər hesab edirlər ki, onların bu həvəsləri elə qursaqlarına qalacaq. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, Nottingemdən olan alimlər ilk baxışdan məhəbbətin sadəcə mif olduğunu isbat ediblər. 

Onlar könüllülər arasında onların yaddaşı ilə bağlı bir sıra testlər aparıblar. Məlum olub ki, insan beyni adamın başına gələn hadisələri yenidən "canlandırarkən" onları daim "redaktə" edir! Özündən reallıqda olmayan detalları əlavə edir. 
Bununla əlaqəli alimlər deyirlər ki, ilk baxışdan məhəbbət yoxdur. İnsanların hiss etdikləri isə sadəcə təxəyyülün oyunudur. Əgər insan ilk baxışdan aşiq olduğunu təxmin etdiyi tanışlığın təfərrüatlarını xatırlayırsa, deməli, beyin onunla oyun oynayır, adam eyforiyaya qapılır. 
Bəs siz necə, ilk baxışdan vurulduğunuz olubmu? İlk baxışdan aşiqliyin sevgiyə dönməsi ağlabatandır? Şərhlərinizi gözləyirik.

Mənbə: Milli.Az

9 fevral 2014
GO BACK