Qadin.NET / Müdafiə Nazirliyindən tanklarımızın yerdəyişməsi barədə açıqlama

Müdafiə Nazirliyindən tanklarımızın yerdəyişməsi barədə açıqlama

 

Yanvar ayının 21-dən fevralın 8-dək qoşunların təmas xəttində qarşı tərəfi atəşkəs rejimini 2000 dəfəyə qədər pozub. Bunu Müdafiə Nazirliyindən Anspress-in sorğusuna cavab olaraq bildiriblər. 

"Bütün hallarda qarşı tərəf cavab atəşi ilə susdurulub", - deyə nazirlikdən vurğulayıblar. Məlumata görə, cəbhə xəttində mütəmadi olaraq atəşkəsin pozulmasının qarşısını almaq üçün əlavə tədbirlər görülür: “Müdafiə nazirinin əmrinə uyğun olaraq bütün müvafiq tədbirlər həyata keçirilib və hazırda da keçirilir”.
Müdafiə Nazirliyindən bir sıra dünya KİV-lərində “Azərbaycan tanklarını sərhədə yığır” kimi başlıqlı yazıların dərc olunması məsələsinə də aydınlıq gətirilib. Nazirlikdən bildiriblər ki, bu fikirlər həqiqətə uyğun deyil: “Tanklarının cəbhə bölgəsinə doğru irəliləməsi barədə yayılan informasiyalar yanlışdır”,- deyə nazirlikdən göndərilən məlumatda vurğulanır.
Nazirlikdən bildiriblər ki, hərbçilərin döyüş qabiliyyətinin artırılması məqsədi ilə bağlı da tədbirlər görülür: “Döyüş hazırlığı planına uyğun olaraq mütəmadi olaraq təlim toplantıları və məşğələlər, bilik və təcrübələrin artırılması məqsədilə hərbi qulluqçularımızın beynəlxalq hərbi təlimlərdə iştirakı təmin edilir, ixtisasartırma kursları keçirilir”.

Mənbə: Milli.Az

9 fevral 2014
GO BACK