Qadin.NET / Olimpiadanın açılışı günü Soçidə körpələr rekord vurdular

Olimpiadanın açılışı günü Soçidə körpələr rekord vurdular

 

Olimpiadanın açılışı günü Rusiyanın Soçi şəhərində rekord sayda uşaq doğulub.Anspress-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu informasiyanı Reuters agentliyi yayıb. Doğulan oğlanlardan biri Soçi Olimpiadasının açılış vaxtına, saat 20.14-ə təsadüf edib. Həmin açılış axşamı 7 uşaq dünyaya gəlib, onlardan 4-ü oğlan, 3-ü qız olub. Ümumilikdə isə fevralın 7-də son 10 il ərzində rekord sayda - 34 uşaq doğulub, onlardan 24-ü oğlan, 10-u isə qız olub. 

Xatırladaq ki, 22-ci Qış Olimpiadasının açılış mərasimi Soçi şəhərinin “Fişt” stadionunda saat 20.14 dəqiqədə başlayıb. Olimpiadaya isə fevralın 23-də son qoyulacaq.

Mənbə: Milli.Az

9 fevral 2014
GO BACK