Freddi hazırda Britaniyanın ən böyük köpəyidir.
Danimarka doqu cinsindən olan Freddi dal ayaqları üstə qalxanda onun boyu 2,1 metr olur.
Sahibəsinin dediyinə görə, Freddinin həftəlik rasionu 75 funt-sterlinqə başa gəlir. Freddi küçük olanda isə evdə 14 divanı darmadağın edib.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, İngiltərənin Esseks qraflığındakı Sautend on Si şəhərində yaşayan 38 yaşlı Kler Stounmenin iti 18 aylıqdır.
Britaniyanın ən böyük iti sayılan Freddinin dünya rekordçusu sayılması, "Ginnesin rekordlar kitabı"na düşməsi üçün boyunda 30 santimetr çatmır.
Hazırda dünyanın ən böyük iti ABŞ-ın Miçiqan ştatındakı Qrit Den şəhərindəki ailədə saxlanan Zevsdir.
Dünyanın ən kiçik iti isə çiahuahua cinsindən olan, boyu 0,96 sm təşkil edən Milli adlı köpəkdir.
Freddinin sahibəsi, taksi sürücüsü olan Kler Stounmenin dediyinə görə, köpəyi nəhəng olsa da, əslində çox mehriban və səmimidir.
"Freddini görənlər qorxurlar. Hətta küçədəki itlər belə Freddidən qorxurlar. Amma o, əslində böyük küçükdür. Oynamağı, əylənməyi çox sevir. Freddi balacalıqdan dəcəldir", - Kler Stounmen deyib.
Mənbə: Milli.Az