Bu dəfə söhbət insanların evlənmədən ayrılmalarından getmir. İndi ailə münasibətlərindən danışacağıq. O münasibətlərdən ki, sevgidən başqa hər şey üzərində qurulub.
Niyə belə şeylər baş verir? Nəyə görə insanlar bəzən heç nə hiss etmədən evlənirlər? Necə bunu bacarırlar?
Milli.Az Day.Az saytına istinadən bildirir ki, bu cür ailələrin hərəkətverici qüvvəsi bir neçədir. Birinci növbədə, sevginin yoxluğunu valideynlərin razılaşması kompensasiya edir. Oğlanla qızın valideynləri bir-birlərinə hörmətlə yanaşırlar, bəzi maliyyə bağlantıları var, ya da gənclikdə göbək kəsdi ediblər. Hərdən elə olur ki, valideynlər heç övladlarının rəyini nəzərə almırlar. Sadəcə, onları fakt qarşısında qoyurlar.
Sevgisiz evlənməyin ikinci variantı isə lap gənc yaşlarında qurulan ailədir. Cavanlıq səhvlərini münasibətləri rəsmiləşdirməklə düzəldirlər.
Sevgisiz ailənin digər səbəbi isə gec evlənməkdir. Bu, adətən qadının da, kişinin də yaşı həddən artıq olanda baş verir. İnsanlar gözlərini yumaraq ailə qururlar.
Bəs siz sevgisiz ailənin hansı variantlarını bilirsiniz? İnsanlar nəyə görə sevmədən nikaha girirlər?
Mənbə: Milli.Az