Qadin.NET / Bakının tarixi binaları: tarixilik əlaməti itir?

Bakının tarixi binaları: tarixilik əlaməti itir?

 

Az qala hər gün paytaxtın bütün küçə və prospektlərində qaşınma və rənglənmə işləri gedir. Özü də bu işlər bir tək yaşayış binalarında

deyil, memarlıq üslubunda olan qədim tikililərdə də həyata kerilir. Daxili infrastrukturu bərbad vəziyyətdə olan bu çür binaların, əsasən, xaricində aparılan təmir işləri, düzdür, onlara gözəllik verir. Amma əbəs yerə deməyiblər ki, hər gözəlin bir eybi var. Gözəlləşən binaların eyibi isə onalara edilən dəyişikliklərin insan həyatı üçün təhlükəyə çevrildiyi bir vaxtda ortaya çıxır.
Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, binalara edilən kobud müdaxilə onlarda çatlara səbəb olur.
Tarixi binaların qorunması ilə bağlı bir sıra layihələrin müəllifi olan Aytəkin İmranova hesab edir ki, son vaxtlar paytaxtda aparılan fasad dəyişdirmə əməliyyatları həmin binaları memarlıq abidəsi siyahısından çıxarır. Füzuli 39, "Nizami" metrostansiyası yaxınlığında, eləcə də Şeyx Şamil küçəsindəki tarixi tkililərdə bu proses özünü daha qabarıq şəkildə göstərir.
Binalara vurulan fasad ikiqat ağırlığa səbəb olmaqla təhlükə yaradır.
Ekspertlərdən fərqli olaraq memarlar görülən təmir bərpa işlərinin şəhərin gözəlliyinə hesablandığı qənaətindədirlər.
Dövlət şəhərsalama və arxitektura komitəsinin memarlıq şöbəsinin müdiri Yusif İbrahimli hesab edir ki, istər tarixi, istərsə də digər tikililərdə təmir işləri aparılarkən mütəxəssis, memar rəyi mütləq nəzərə alınmalıdır. Eləcə də tikinti təşkilatları fasad vurma işləri zamanı materialların keyfiyyətinə, binanın əlavə üzlənməyə davamlılığına diqqət yetirməlidirlər.
Hazırda Neftçilər, Heydər Əliyev prospekti boyunca, demək olar ki, bütün binalarda təmir-tikinti işləri aparılır. Şeyx Şamil küçəsində isə yaşı yüzilliklərlə ölçülən binaların bir qismi yeni görkəm alıb, bir qismində isə hələ də tarixilik saxlanılıb. Milliliyi qorumaq, ya tarixi silib atmamaq naminəmi bilmirəm, kim bilir bəlkə də gözdən iraq, könüldən uzaq düşüb? 

Mənbə: Milli.Az

8 fevral 2014
GO BACK