Qadin.NET / Hava haqqında - 08.02.2014

Hava haqqında - 08.02.2014

 

Milli.Az AzərTAc-a istinadən fevralın 8-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumatı təqdim edir.

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, səhər yarımadanın bəzi yerlərində zəif dumanlı, axşam isə tutulacağı, gecəyə doğru az yağıntılı olacağı ehtimalı var.Temperaturun gecə 0-5° şaxta, gündüz 4-7° isti, Bakıda gecə 1-3° şaxta, gündüz 4-6° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu, nisbi rütubət gecə 80-90, gündüz 65-70 faiz təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında hava, əsasən, yağmursuz keçəcək, bəzi yerlərdə zəif duman olacaq.
Temperaturun gecə 7-12°, dağlıq ərazilərdə 17° şaxta, gündüz 3-8° isti olacağı gözlənilir.Gecə və səhər yollar buz bağlayacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava, əsasən, yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Temperaturun gecə 6-11° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir. Gecə və səhər yollar buz bağlayacaq.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarındahava, əsasən, yağmursuz olacaq. Temperaturun gecə 2-7° şaxta, gündüz 3-8° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında hava gündüz, əsasən, yağmursuz keçəcək. Lakin axşam və gecə bəzi yerlərdə yağıntı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq.Temperaturun gecə 3-8° şaxta, gündüz 1-6° isti, dağlarda gecə 8-13°, yüksək dağlıq ərazilərdə 15-20°, gündüz 0-5° şaxta olacağı gözlənilir.Gecə və səhər yollar buz bağlayacaq.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava, əsasən, yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Temperaturun gecə 0-5° şaxta, gündüz 4-9° isti olacağı gözlənilir.
Masallı, Yardımlı,Lerik, Lənkəran və Astara rayonlarında hava gündüz, əsasən, yağmursuz keçəcək. Lakin axşam və gecə bəzi yerlərdə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Səhər dağlarda duman olacaq.Temperaturun gecə 2° şaxtadan 2°-dək isti, gündüz 5-8° isti, dağlarda gecə 8-13° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.Gecə və səhər yollar buz bağlayacaq.
Mənbə: Milli.Az

 

8 fevral 2014
GO BACK