"Mançester Siti"nin çalışdırıcısı Manuel Pelleqrini Premyer Liqada ardıcıl ikinci dəfə ayın ən yaxşı baş məşqçisi seçilib. Qol.az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, təcrübəli mütəxəssis dekabrda olduğu kimi yanvarda da sözügedən mükafata layiq görülüb. Pelleqrini bununla Karlo Ançelottidən sonra (2011-ci il) ardıcıl iki dəfə ən yaxşı seçilən baş məşqçi olub.60 yaşlı çalışdırıcının yenidən mükafatı qazanmasına yanvar ayında oynanılan 4 matçın hamısında qələbə qazanmasıdır.Qeyd edək ki, Pelleqrini, həmçinin "Mançester Siti"də ard-arda iki ay bu ada layiq görülən ilk məşqçidir.
Mənbə: Milli.Az