Qadin.NET / Azərbaycanda kolleclərə qəbulda yenilik

Azərbaycanda kolleclərə qəbulda yenilik

 

Yeniliyə əsasən, bu il 9-cu sinfi bitirərək kolleclərə qəbul olunmaq istəyən abituriyentlər bunun üçün ayrıca imtahan verməyəcəklər.Milli.Az xəbər verir ki, axar.az bununla bağlı TQDK-nın rəsmi internet səhifəsinə istinadən xəbər verir.

Yeni qaydaya əsasən, 9-cu sinfi bitirən şagirdlərdən kolleclərin müsabiqəsində iştirak etmək istəyənlər buraxılış imtahanının nəticəsinə görə ixtisas seçimi edə biləcəklər. Orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında ayrıca imtahan yalnız əvvəlki illərin məzunları üçün keçiriləcək. Həmin imtahanın iyunun 29-da keçirilməsi nəzərdə tutulur. 
Kolleclərə 9 illik təhsil bazasından qəbul imtahanlarına qoşulan bütün abituriyentlər yalnız ana dili və riyaziyyat fənlərindən imtahan verəcəklər. 

Mənbə: Milli.Az

7 fevral 2014
GO BACK