Qadin.NET / Qoca mühəndis təyyarələrdən ev tikdi

Qoca mühəndis təyyarələrdən ev tikdi

 

ABŞ-ın Arizona ştatındakı "La Cholla Airpark"da yaşayan Tojikazu Tsuki həyatının arzusunu gerçəkləşdirib. O, 4 illik fasiləsiz zəhmətdən sonra sərnişin təyyarəsini pansiona çevirib.
Milli.Az Arizona Daily Star-a istinadən bildirir ki, pansionunun burun konusu "Boeing 737", korpusu isə "Boeing 727" təyyarəsinin qalıqlarıdır.
Pansionun yanında isə "Boeing 747" təyyarəsinin fyuzelyajından hazırlanmış hovuz var.
50 il əvvəl əri ilə Kanzas ştatındakı Uiçito şəhərində, tələbə olanda tanış olmuş Dorisin dediyinə görə, Tsuki 4 il fasiləsiz işləyib və bu pansionu hazırlayıb.
1937-ci ildə Yaponiyada doğulmuş Tojikazu Tsuki sonradan ABŞ-a mühacirət edib. O, Pasadena şəhər kollecini başa vurandan sonra Kanzas və Kolorado universitetlərinin aviasiya texnikası, elektrotexnika və tətbiqi riyaziyyat fakültələrində oxuyub.
Son 41 il ərzində isə T.Tsui " Raytheon Missile System" şirkətində baş mühəndisdir.
76 yaşlı T.Tsukinin sözlərinə görə, inşa etdiyi pansionu çox bəyənir.
Mənbə: Milli.Az

 

7 fevral 2014
GO BACK