Qadin.NET / Milli qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunan izdihamlı yürüş keçirilib

Milli qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunan izdihamlı yürüş keçirilib

 

Milli qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunan izdihamlı yürüş keçirilib
Milli.Az Kanal S-ə istinadən bildirir ki, İsmayıllı rayonunda Milli qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunan izdihamlı yürüş keçirilib. Yürüş zamanı yüzlərlə insan Mübariz İbrahimovun mübarizliyinə həmrəy olduqlarını nümayiş etdirib. Aksiyaya Qarabağ müharibəsi əlilləri və veteranları da qoşulublar. Aksiyanın məqsədi Milli qəhrəmanın həyat yolunu xatırlamaq və gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsinə nail olmaq olub. İştirakçılar  Mübariz İbrahimovun gələcəyin əsgərləri üçün ən yaxşı nümunə olduğunu bildiriblər. 

Həmçinin qeyd olunub ki, müharibə şəraitində yaşayan bir ölkədə Mübariz kimi qəhrəmanların keçdiyi həyat yolu öyrənilməli və təbliğ edilməlidir. Tədbirdə çıxış edənlər Mübariz İbrahimovun qəhrəmanlığından danışıblar. Bildirilib ki, Mübariz İbrahimov əsl qəhrəmanlıq, igidlik, cəsurluq simvolu kimi yaddaşlarda qalıb. 
Mənbə:Milli.Az

 

7 fevral 2014
GO BACK