Qadin.NET / Osmanlı tarixçilərindən Xətaiyə qarşı böyük hörmətsizlik

Osmanlı tarixçilərindən Xətaiyə qarşı böyük hörmətsizlik

 

Zaman-zaman Azərbaycan xalqının tarixi, eləcə də tarixi şəxsiyyətlərinin fəaliyyətinin təhrif olunmasının şahidi olmuşuq. Azərbaycan xalqının tarixi şəxsiyyətlərini aşağılamaq cəhdində bulunanlar utanıb-çəkinmədən şər və böhtanla dolu əsərlər çap etdirirlər. Narahatverici məqam ondan ibarətdir ki, belə hallar mütəmadi olaraq davam etdirilir.

Məlumdur ki, cari ildə Türk dünyasının taleyi və tarixində müstəsna əhəmiyyəti olan Çaldıran döyüşünün 500 illiyi tamam olur. Etiraf edilməlidir ki, bu tarixi hadisənin də təhrif olunması ilə bağlı düşüncələrə rast gəlinir. Millət vəkili, AMEA-nın Şərqşqnaslıq İnstitunun direktoru Gövhər Baxşəliyeva Modern.az-a bildirib ki, sözügedən döyüşün 500 illiyiin qeyd edilməsi əsas verir ki, biz o hadisələrə yenidən qayıdaq və tarixi hadisələri yenidən qiymətləndirək. O cümlədən, bu hadisələrin əsas iştirakçılarının və Şah İsmayıl Xətainin fəaliyyətini yenidən qiymətləndirək. Onun Azərbaycan tarixində oynadığı rolu bir daha nəzərdən keçirək:
“Bu qiymətləndirmə ona görə vacibdir ki, elə o dövrdən başlanaraq Osmanlı tarixçiləri tərəfindən Şah İsmayıl Xətainin bütün şəxsiyyəti və fəaliyyəti kobud surətdə təhrif olunub. Məhz onların qələmə aldıqları yazıların nəticəsində Şah İsmayıl bir vəhşi obrazında, öz anasını edam edən bir şəxsiyyət kimi təqdim olunur. Vaxtilə onunla bağlı böhtan xarakterli məsələlər qələmə aldıqlarına görə indi də Türkiyə və İran yazıçıları həmin mənbələrə əsaslanaraq Şah İsmayıl Xətainin bütün fəaliyyətini kobud surətdə təhrif edən əsərlər yazırlar. Narahatverici məqam ondan ibarətdir ki, bu proses günümüzə qədər davam edir. Elə bu yaxınlarda İsgəndər Pala adında türk yazıçısı o dövr haqqında “Şah və sultan” adlı roman yazıb. Bu romanda da Şah İsmayılı xeyli aşağılayırlar, Sultan Səlimi yüksəklərə qaldırırlar. Yaxud Riha Çamuroğlunun “İsmayıl” adında romanında da eyni proseslər davam etdirilir. Nəhayət ki, biz bu məsələlərə qiymət veməliyik. Bəlkə də, qanunvericiliyə əlavə və dəyişikliklər edilməlidir ki, Azərbaycan xalqının tarixində müstəsna əhəmiyyətə malik şəxsiyyətlərin fəaliyyətinin təhrif olunmasının qarşısı alınsın. Elə Şah İsmayıldan başlayaraq Heydər Əliyevə qədər bu normanı tətbiq etməliyik”.

Mənbə: Milli.Az

7 fevral 2014
GO BACK