Qadin.NET / Bu ilin sonunadək Azərbaycanın bütün ərazisində POS-terminallar quraşdırılacaq

Bu ilin sonunadək Azərbaycanın bütün ərazisində POS-terminallar quraşdırılacaq

 

2014-cü ilin sonunadək Azərbaycanın ən azı bütün rayon mərkəzləri və şəhərləri POS-terminallarla təmin edəcək. Trend-in məlumatına görə, bu barədə vergilər naziri Fazil Məmmədov Bakıda "Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər" mövzusunda keçirilən III Vergi Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu məsələ Azərbaycan Prezidentinin nəzarəti altındadır: "Son vaxtlar ölkədə POS-terminalların sayı kəskin artıb, bu il ərzində nazirliyin kommersiya bankları ilə birgə işi nəticəsində ölkə ərazisində, xüsusi ilə Bakıda 30 mindən artıq POS-terminal quraşdırılıb".
F.Məmmədov qeyd edib ki, nazirlik qarşısında ölkə ərazisində, ilk növbədə Bakı, Gəncə, Sumqayıt və bütün rayon mərkəzlərində 70-90 min POS-terminalın quraşdırılması vəzifəsi dayanır: "Dövlət başçısı bu böyük layihəyə ciddi dəstək verir. Banklar hazır olduqlarını elan ediblər və artıq terminalların quraşdırılacağı obyektləri öz aralarında müəyyənləşdiriblər".
Qeyd edək ki, 2014-cü il yanvarın 1-nə olan məlumata görə, ölkədə 33 285 POS-terminal quraşdırılıb, bunlardan 28 940-u Bakının payına düşür.

Mənbə: Milli.Az

7 fevral 2014
GO BACK