Qadin.NET / Azərbaycan kinosunda yeni qanun

Azərbaycan kinosunda yeni qanun

 

Azərbaycanda "Kinematoqrafiya haqqında" yeni qanun layihəsi hazırlanır. Tred xəbər verir ki, bu barədə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov komitənin bu gün keçirilən iclasında bildirib.Komitə sədrinin sözlərinə görə, yeni qanun layihəsi Mədəniyyət və Turizm Nazirliyi ilə birgə hazırlanır.N.Cəfərov qeyd edib ki, Azərbaycanda kinematoqrafiya ilə bağlı qanun olsa da, hazırlanan qanun mahiyyəti və əhatə dairəsi etibarilə tamamilə yeni sənəd olacaq.
Onun sözlərinə görə, hazırda Azərbaycan hökuməti tərəfindən film və serialların çəkilməsinə böyük diqqət verilir. Bu məqsədlə maliyyə vəsaitləri ayrılır. Yeni qanun layihəsində kinofilmlərin və serialların çəkilməsi, onların qorunması, maliyyələşdirilməsi, kadr hazırlığı və s. kimi məsələlər yer alacaq.
Mənbə: Milli.Az

 

 

7 fevral 2014
GO BACK