Xalq artisti Asəf Zeynallı adına Musiqi Məktəbində Hüseynqulu Sarabskinin sinfini bitirdikdən sonra səhnə yaradıcılığına başlayıb. Milli.Az axar.az-a istinadən bildirir ki, 1938-1945-ci illərdə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti olub. 1945-ci ildən etibarən Azərbaycan Dövlət Filarmoniyasının solisti vəzifəsində işləyib.Azərbaycanı SSR-in bir çox şəhərlərində, Fransa, İsveçrə, Şri-Lanka, Əfqanıstan, Hindistan, Misir, Əlcəzair, İran, Türkiyə, Polşa və digər xarici ölkələrdə uğurla təmsil edən Şövkət Ələkbərovanın repertuarına "Segah", "Qatar", "Şahnaz" kimi muğamlar, Azərbaycan bəstəkarlarının və Orta Şərq xalqlarının mahnıları daxil idi. Onun ifa etdiyi mahnıları bu gün də hər kəs sevə-sevə dinləyir.
Mənbə: Milli.Az