Qadin.NET / Sonsuzluqdan əziyyət çəkən kişilər bu yazını mütləq oxusunlar

Sonsuzluqdan əziyyət çəkən kişilər bu yazını mütləq oxusunlar

 

Uşaqların sağlamlığının qayğısına qalmaqda ana ilə yanaşı, atanın da üzərinə böyük məsuliyyət düşür. Buna görə də övlad sahibi olmaq istəyən ana namizədlərlə yanaşı, ata namizədlərin də bu mövzuda həssas olmaları, həm doğulmazdan öncə, həm də doğuşdan sonra uşaqlara qulluqla bağlı məlumatlı olmaları vacibdir. Qadınlarımız bu mövzuda kişilərdən daha məlumatlıdırlar.

Elə bunu nəzərə alaraq bundan sonra çalışacağıq ki, mütəmadi olaraq körpəyə qulluq, bu zaman atanın üzərinə düşən məsuliyyət barədə kişilər üçün maraqlı olacaq məqalələr paylaşaq. Bu dəfəki məqalədə isə sizə süni mayalanma ilə bağlı məlumat vermək istəyirik.
Ailem.az kishi.az-a istinadən xəbər verir ki, təbii üsulla körpə sahibi olmaq mümkün olmadıqda cütlüklər süni mayalanma yolu ilə övlad sahibi olmaq barədə düşünürlər. Amma bu mövzuda qadınlara nisbətən, kişilər doğulacaq körpənin sağlamlığı və gələcəyi barədə daha çox narahat olurlar. Əziz kişilər, artıq bu mövzuda narahat olmağa dəyməz. Danimarkalı elm adamlarının apardığı araşdırmalar nəticəsində məlum olub ki, suni mayalanma yolu ilə dünyaya gələn uşaqlar daha sağlam olurlar.
Tədqiqatçılar dondurulmuş embrionların ana rəhminə yerləşdirilməsi ilə doğulan mindən çox körpə üzərində araşdırma aparıblar və bu yolla doğulan uşaqların təbii yolla doğulan uşaqlardan daha sağlam olduğunu, eyni zamanda bu üsulun ananın sağlamlığı baxımından da daha təhlükəsiz olduğunu bildiriblər. Onlar həmçinin, bu qənaətə gəliblər ki, təbii yolla dünyaya gələn uşaqlarda xəstəliklərin yaranma riski yüksək, bu xəstəliklərə qarşı immunitet isə zəif olur.
Amma alimlərin fikrinə görə, süni mayalanma yolu ilə dünyaya gələn uşaqların heç də hər biri sağlam olmur. Bunun üçün embrion sahibinin sağlam olması və ondan götürülən embrionların bütün təhlükəli xəstəliklərdən təmizlənməyi lazımdır.
Süni mayalanmanın təbii yolla yaranan hamiləlikdən bir fərqi də bu zaman hamiləlik müddətinin daha uzun olmasıdır. Amma bu vaxt ananın sağlamlığı üçün təhlükə yaradan ekiz, üçəm uşaqların dünyaya gəlməsi mümkün deyil. Buna görə də mütəxəssislər bu doğum növünün daha təhlükəsiz olduğu hesab edirlər.

Mənbə: Milli.Az

7 fevral 2014
GO BACK