Qadin.NET / Kriştianu Ronaldunu qovan hakim sərt cəzalandırıldı

Kriştianu Ronaldunu qovan hakim sərt cəzalandırıldı

 

Milli.Az-ın məlumatına görə, İspaniya hakimlər komitəsi La Liqanın 22-ci turunda "Atletik Bilbao" - "Real Madrid" oyununu idarə edən Aysa Qamesi bir aylıq hakimlikdən uzaqlaşdırıb.Qames matçın gedişində qonaqların futbolçusu Kriştianu Ronaldunu Karlos Qurpeqi ilə mübahisəyə görə meydandan qovmuşdu. Lakin qarşılaşmadan sonra hakim protokolda yazdıqlarını dəyişmiş və Ronaldunun Ander İturraspe ilə münaqişəsinə görə qırmızı vərəqə aldığını qeyd etmişdi. Xatırladaq ki, İspaniyanın futbol komissiyası Ronaldunu 1 oyunluq cəzasına daha 2 oyunluq diskvalifikasiyanı əlavə edib. 

Mənbə: Milli.Az

7 fevral 2014
GO BACK